Millimizin futbolçusu Qazaxıstan klubu ilə müqavilə bağladı
Qadın futbolu üzrə Azərbaycan milli komandasının üzvü Nərgiz Hacıyeva yenidən Qazaxıstanda oynayacaq.
"Mediasport" xəbər verir ki, müdafiəçi Yüksək Liqa təmsilçisi “Turan” klubu ilə anlaşıb.
25 yaşlı futbolçu mövsümün sonuna qədər müddəti əhatə edən müqavilə bağlayıb.
Sonuncu komandası ölkəmizdə “Şəfa” olan Hacıyeva daha əvvəl Qazaxıstanda "Aktobe"nin formasını geyinib.
