"Zirə"dən 3 futbolçu getdi

“Zirə”nin legioner futbolçuları növbəti dəfə ölkələrinin milli komandalarına dəvət alıblar.
"Mediasport" xəbər verir ki, Anj Mutsinzi və İssa Cibrile Afrikaya yollanıblar.
Onlar müvafiq olaraq Ruanda və Niger yığmalarının düşərgəsində olacaqlar.
Davit Volkov isə Gürcüstan seçməsinə çağırılıb.