AFFA-dan "Turan Tovuz"a ağır cərimə, baş məşqçisinə ciddi cəza

AFFA-dan "Turan Tovuz"a ağır cərimə, baş məşqçisinə ciddi cəza

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubuna ağır sanksiya tətbiq edib.

"Mediasport" xəbər verir ki, qurumun toplantısında qərb təmsilçisi barədə 12500 manat cərimə, baş məşqçisi Kurban Berdıyev haqda isə 4 oyunluq cəza qərarı çıxarılıb.

Buna Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə ilk görüşündə yaşananlar səbəb olub.

Berdiyev 64-cü dəqiqədə hakimi itələyib və təhqir edib. O, bu səbəbdən 4 matçlıq cəza ilə üzləşib və "Turan Tovuz" 10 000 manat cərimələnib.

Komandanın məşqçisi Yunis Hüseynov isə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün bir oyunluq cəza verilib. Tovuz klubu Hüseynova görə 2500 manat ödəməli olacaq.