Avropa çempionatı: Azərbaycan millisi üçüncülük matçına çıxacaq

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı - 2025-də (EBSL) növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, millimiz turnirin yarımfinalında Rumıniya yığması ilə qarşılaşıb.
İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev bir vurub.
Azərbaycan millisi 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq.