AFFA-nın direktoru Bayıl Arena-Futbol İnkişaf Mərkəzində oldu

 AFFA-nın direktoru Bayıl Arena-Futbol İnkişaf Mərkəzində oldu

AFFA-nın Texniki direktoru Edmond Klaus, həmçinin Arif Əsədov və Ramiz Kərimov Bayıl Arena-Futbol İnkişaf Mərkəzində olublar.

Bu barədə "Mediasport"a AFFA-dan məlumat verilib.

Federasiya rəsmisi FİFA U-15 dünya çempionatı və Festivalına milli komanda üçün seleksiyaçı məşqçilərlə birgə üçüncü mərhələ futbolçu seçimləri keçirib.

Ardınca əsaslı təmirdən sonra arenada mövcud şəraitlə tanışlıq olub.