AFFA rəsmisi Avroliqanın pley-off qarşılaşmasına təyinat aldı

 AFFA rəsmisi Avroliqanın pley-off qarşılaşmasına təyinat aldı

AFFA baş katibinin beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə müşaviri Frank De Blekere UEFA-dan yeni təyinat alıb.

"Mediasport" xəbər verir ki, belçikalı mütəxəssis UEFA Avropa Liqasının pley-off mərhələsində iş başında olacaq.

O, Almaniyada "Ştuttqart" və Şotlandiyanın "Seltik" komandaları arasında keçiriləcək cavab matçında UEFA nümayəndəsi funksiyasını icra edəcək.

Fevralın 26-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.