Luis Felipe da Silva Rodrigeş Azərbaycana gəldi - RƏSMİ
“Şəfa” klubu növbəti transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, braziliyalı hücumçu Luis Felipe da Silva Rodrigeş ilə 1+1 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçu son olaraq Albaniyanın “Vora” klubunda çıxış edib.
Ölkəsində isə “Boavista”, “Parana”, “Kaldense”, “Banqu Atletiko”, “Sentro Sportivo Alaqoano”, “İpatinqa” və “Volta Redonda” klublarının formasını geyinib.


