AGF ilə AHİTA arasında əməkdaşlıq sahəsində memorandum imzalandı

 AGF ilə AHİTA arasında əməkdaşlıq sahəsində memorandum imzalandı

Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİTA) arasında memorandum imzalanıb.

"Mediasport" xəbər verir ki, memorandumda tərəflərin birgə layihələrin həyata keçirilməsi, yeni idman zallarının açılması, müxtəlif yarışların təşkili, AHİİTA-nın balansında olan idman mərkəzlərinin istifadəsi və başqa məsələlər qeyd olunub.

AGF güləşin inkişafı üçün digər idman qurumları ilə də sıx əməkdaşlığı davam etdirəcək.