Şabi Alonso rəsmən "Real"da - İspan məşqçi ilə 3 illik müqavilə

Şabi Alonso rəsmən "Real"da - İspan məşqçi ilə 3 illik müqavilə

İspaniyanın "Real" klubu yeni baş məşqçisi Şabi Alonsonu rəsmən təqdim edib.

"Mediasport" xəbər verir ki, Madrid təmsilçisi 43 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlayıb.

Karlo Ançelottinin yerinə təyin edilən ispan çalışdırıcı 2028-ci ilin yayına qədər "kral klubu"nda işləyəcək.

Son olaraq Almaniyanın "Bayer" klubunun baş məşqçisi olmuş Alonso ötən mövsüm Leverkuzen klubuna tarixində ilk dəfə ölkə çempionluğunu qazandrııb.

Bugünlərdə başa çatan Bundesliqada isə ikinci yeri tutublar.

Qeyd edək ki, "Real" bu mövsüm Ançelottinin rəhbərliyi altında yalnız La Liqa ikinciliyini qazanıb.