Ömər Rəcəbli DÇ-də bürünc medal qazana bilər, Tçkayev yarımfinalda

Ömər Rəcəbli DÇ-də bürünc medal qazana bilər, Tçkayev yarımfinalda

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində yarışan idmançı təsəlliverici qarşılaşmada sloveniyalı Naçe Herkoviçi məğlub edib.

Eyni çəkidə mübarizə aparan Zelim Tçkayev isə 1/4 finalda belçikalı Matias Cesseyə qalib gələrək adını yarımfinala yazdırıb.

Vüsal Qələndərzadə (81 kiloqram) 1/8, Anna Zaytseva (63 kiloqram) isə 1/16 final mərhələsində uduzaraq medalsız qalıblar.