Asim Xudiyev KL-də Almaniya klubunun oyununa təyinat aldı

 Asim Xudiyev KL-də Almaniya klubunun oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda iş başında olacaq.

Xudiyev "Universitatya Krayova" (Rumıniya) - "Mayns" (Almaniya) görüşüdə hakim-inspektor funksiyasını icra edəcək.

Noyabrın 27-də keçiriləcək qarşılaşma Krayova şəhərindəki Yon Oblemenko adına stadionda baş tutacaq.