"Neftçi"nin bir şikayəti təmin edilmədi, digəri təxirə salındı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun İntizam Komitəsinin qərarlarından verdiyi şikayətlərə baxıb.
"Mediasport" xəbər verir ki, tribunal paytaxt təmsilçisinin bir şikayətini təmin etməyib, digərini isə araşdırma üçün təxirə salıb.
Belə ki, Premyer Liqanın 23-cü turunda keçirilən "Neftçi" - "Turan Tovuz" matçında azarkeşlərin hakimləri kütləvi şəkildə təhqir etməsinə görə tətbiq olunan 8000 manat cərimə qərarı öz qüvvəsində qalıb.
Buna səbəb həmin halın cari mövsümdə artıq 5-ci dəfə təkrarlanması olub.
Bundan başqa, sözügedən matçda "ağ-qaralar"ın azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə klubun 15 000 manat cərimə edilməsi barədə şikayətə baxılıb.
Lakin əlavə sübutların toplanması və araşdırılması zərurəti yarandığı üçün bu məsələ üzrə yekun qərarın verilməsi təxirə salınıb.
