Kevin Medinadan ŞAD XƏBƏR! "Ayaks"la oyunda meydana çıxacaq

Kevin Medinadan ŞAD XƏBƏR! "Ayaks"la oyunda meydana çıxacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində İtaliyada keçirilmiş "Napoli" - “Qarabağ” (2:0) matçında ciddi zədə alan Kevin Medina məşqlərə başlayıb.

Bu barədə "Mediasport"a Ağdam klubundan məlumat verilib.

İtalyanlarla oyunun ikinci hissəsində aldığı zərbədən sonra huşunu itirərək yerə yıxılan kolumbiyalı kiçik müalicəni uğurla başa vuraraq komandaya qoşulub.

Təcrübəli müdafiəçinin ÇL-in 6-cı turunda "Ayaks"la qarşılaşmaya hazır olacağı bildirilir.

Xatırladaq ki, "atlılar"ın Niderland nəhəngi ilə vacib görüşü dekabrın 10-da Bakıda baş tutacaq.