Ayxan Abbasov Macarıstan səfərində sualları cavablandıracaq

Ayxan Abbasov Macarıstan səfərində sualları cavablandıracaq

Futbol üzrə Azərbaycan milli komandası iyunun 5-də Malta ilə yoldaşlıq görüşünə çıxacaq.

"Mediasport" xəbər verir ki, oyundan öncə təşkil olunacaq mətbuat konfransının və açıq məşqin vaxtı müəyyənləşib.

Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

4 iyun

Azərbaycan milli komandası

19:30 Mətbuat konfransı

20:30 İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq