Azər İlyasovdan gümüş medal
Akademik avarçəkmə üzrə gənclərdən ibarət Azərbaycan yığmasının üzvü Azər İlyasov Litvanın Şaulyay şəhərində təşkil olunan Açıq Litva çempionatında uğurlu nəticə əldə edib.
"Mediasport" xəbər verir ki, gənc idmançımız turnirdə gümüş medal qazanıb.
O, Litva, ABŞ, İsveçrə və İsrail avarçəkənlərindən ibarət 15 idmançının mübarizə apardığı yarışda yarımfinal mərhələsini uğurla dəf edərək həlledici yürüşə vəsiqə qazanıb.
Yağışlı və küləkli hava şəraitində baş tutan A finalında isə 2000 metr məsafəni 7 dəqiqə 52 saniyəyə qət edən təmsilçimiz yalnız yerli idmançıdan geri qalaraq gümüş mükafata yiyələnib.


