Azərbaycan cüdoçuları dünyanın ən böyük təlim düşərgəsində

Azərbaycan cüdoçuları dünyanın ən böyük təlim düşərgəsində

Kişi və qadın cüdoçulardan ibarət Azərbaycan millisi Avstriyanın Mitterzill şəhərində Olimpiya Təlim Düşərgəsindədir.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "Mediasport"a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında idmançılara ACF-nin vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif başçılıq edirlər.

Dünyanın ən böyük və nüfuzlu cüdo təlim düşərgəsinə 50 ölkədən 900-dən çox idmançı qatılıb.

Toplanış yanvarın 14-də yekunlaşacaq.