Azərbaycan milli komandası Danimarka yığması ilə qarşılaşacaq

Azərbaycan milli komandası Danimarka yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

"Mediasport" xəbər verir ki, yığmamız yanvarın 22-də və 24-də Danimarka kollektivi ilə qarşılaşacaq.

Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək. Oyunların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.