Millimizin 7 cüdoçusu ümidləri doğrultmadı - Avropa çempionatı

 Millimizin 7 cüdoçusu ümidləri doğrultmadı - Avropa çempionatı

Azərbaycanın yeniyetmə cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatının ikinci günündə uğursuz çıxış ediblər.

"Mediasport" xəbər verir ki, 5 çəki dərəcəsində yarışa qoşulan 7 təmsilçimizdən heç biri medal qazana bilməyib.

Əli Hümbətov (66 kq), Ayxan Həsənli, Səid Şərifov (hər ikisi 73 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Səmayə Yusifli (57 kq) və Ayan Əliyeva (63 kq) ümidləri doğrultmayıblar.

Qeyd edək ki, komandamız dünən 6 medal əldə edib.

Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) Avropa çempionu olublar, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc mükafata yiyələniblər.