Millimiz Bolqarıstanda keçirilən turnirdə Avropa üçüncüsü oldu

  Millimiz Bolqarıstanda keçirilən turnirdə Avropa üçüncüsü oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə 45 kq çəki dərəcəsində Əli Cavadlı finalda rusiyalı Umar Boqatıryova tam üstünlüklə (9:1) qalib gəlib və Avropa çempionu olub.

51 kq-da güləşən Hüseyn Mustafazadə gürcüstanlı Davit Şavadzeyə tam üstünlüklə (9:1) qalib gəlib və bürünc medala yiyələnib.

92 kq-da mübarizə aparan Zöhrab Səfərov moldovalı Vladislav Vasilevskini tam üstünlüklə (9:0) məğlub edib və fəxri kürsüdə üçüncü pillənin sahibi olub.

Beləliklə, U17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan millimiz 118 xal toplayıb və komanda hesabında Avropa üçüncüsü olub.