Natiq Hacıyev beynəlxalq hakimlik karyerasını başa vurdu - FOTO

Azərbaycanlı güləş hakimi Natiq Hacıyev karyerasını yekunlaşdırıb.
"Mediasport" xəbər verir ki, təcrübəli referi Yunanıstanda keçirilən U-17 dünya çempionatında sonuncu dəfə iş başında olub.
Dünya Güləş Birliyinin (United World Wrestling - UWW) qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyətilə vidalaşıb.
Ali qurum yarışın son günündə bu münasibətlə Natiq Hacıyevə xatirə hədiyyəsi təqdim edib.