Azərbaycan Premyer Liqası klubunu portuqaliyalı çalışdıracaq

Azərbaycan Premyer Liqası klubunu portuqaliyalı çalışdıracaq

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Aran təmsilçisini portuqaliyalı Xorxe Kaskilya çalışdıracaq.

Fərid Namazovun yerinə gətirilən mütəxəssislə 1 illik müqavilə bağlanılıb.

Son iş yeri Çexiyanın 3-cü Liqasında "Znojmo" olmuş  56 yaşlı çalışdırıcıya həmyerliləri - Kriştianu Duraeş və Gilyerme Kadete kömək edəcəklər.

Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.