Azərbaycan təmsilçiləri Uralskdakı yarışda mükafatlandırıldılar - FOTO

Azərbaycan təmsilçiləri Uralskdakı yarışda mükafatlandırıldılar - FOTO

Qazaxıstanın Uralsk şəhərində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqata keçirilib.

"Mediasport" xəbər verir ki, yarışda ikinəfərlik kanoe qayığında çıxış edən Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşlərdə bürünc medal qazanıblar.

İkinəfərlik kayak qayığında mübarizə aparan Sənan Cəfərzadə və Tahir Mövsümov cütlüyü 500 metr məsafədə bürünc, 200 metr məsafədə gümüş medala sahib olublar.