Azərbaycan idmançısı III MDB Oyunlarında qızıl medal qazandı

 Azərbaycan idmançısı III MDB Oyunlarında qızıl medal qazandı

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları davam edir.

"Mediasport" xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışların beşinci günündə təmsilçimiz Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl medal qazanıb.

Xatırladaq ki, idmançımız yarışda daha əvvəl 800 metr məsafəyə sərbəst üslubda gümüş mükafat əldə etmişdi.