Elmin Əliyev Avropa çempionu oldu, millimiz 4-cü yeri tutdu

 Elmin Əliyev Avropa çempionu oldu, millimiz 4-cü yeri tutdu

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı yekunlaşıb.

"Mediasport" xəbər verir ki, sonuncu yarış günündə Azərbaycan təmsilçilərindən Elmin Əliyev qıızl medal qazanıb.

82 kq çəki dərəcəsində yarışan Əliyev finalda gürcüstanlı Tornike Mikeladzeni məğlub edib (3:2).

67 kq-da yarışan Fərid Xəlilov bürünc mükafat əldə edib.

Beləliklə, yunan-Roma millimiz qitə birinciliyini 5 medalla (1 qızıl, 1 gümüş, 3 bürünc) başa vurub.

Yığmamız 100 xalla komanda hesabında 4-cü olub.

Komandalarımız AÇ-də ümumilikdə 16 medal qazanıblar. Daha əvvəl sərbəst güləşçilərimiz 8, qadınlar isə 3 mükafata yiyələniblər.