"Qarabağ" Türkiyədə "Neftçi"nin qapısından 5 cavabsız top keçirdi

"Qarabağ" Türkiyədə "Neftçi"nin qapısından 5 cavabsız top keçirdi

“Qarabağ” Türkiyədə start götürən qış təlim-məşq toplanışının ikinci hissəsində ilk yoxlama oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu Antalyada Özbəkistanın "Neftçi" (Fərqanə) kollektivi ilə qarşılaşıb.

“Gloria Sports Arena”da keçirilən görüş Qurban Qurbanovun komandasının böyük hesablı qələbəsilə yekunlaşıb - 5:0.

Komandamızın qollarını Marko Yankoviç (2), Xoni Montiel, Leandro Andrade və Nəriman Axundzadə vurublar.

"Atlılar"ın Belek bölgəsində növbəti yoxlama matçı yanvarın 16-da Polşanın “Zaqlebye" (Lübin) klubuna qarşı olacaq.