Berezutskiyə xəbər göndərən tanınmış "Sabah"a lazım olmadı

Berezutskiyə xəbər göndərən tanınmış "Sabah"a lazım olmadı

Moskva ÇSKA-sı və "Dinamo"nun sabiq futbolçusu Kirill Pançenko Rusiya mətbuatına maraqlı açıqlaması ilə diqqəti çəkib.

"Mediasport" xəbər verir ki, karyerasını yeni başa vurmuş 35 yaşlı veteran futbolla vidalaşmazdan öncə xidmətini "Sabah"a təklif edib.

O, deyib ki, Masazır klubunun baş məşqçisi Vasili Berezutskiyə xəbər göndərib, amma müsbət cavab ala bilməyib:

"Vasili Berezutskinin özü ilə ünsiyyətim olmadı, Alan Zaqoyevlə söhbət etmişdim. Ondan Berezutskiyə "Sabah"a mənim mövqeyimə futbolçu lazım olub-olmadığını soruşdum. Berezutski Zaqoyevə lazım olmadığını demişdi".

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi bugünlərdə "Dinamo"nun əvəzedici komandasında məşqçilik fəaliyyətinə başlayıb.