Aleksandr Antipovun xatirə turnirinin qalibləri məlum oldu

Aleksandr Antipovun xatirə turnirinin qalibləri məlum oldu

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Atletika” İdman Klubunun təşkilatçılığı ilə əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Bakı Atletika Mərkəzində keçirilən Memorialda yerli idmançılarla yanaşı, Qazaxıstan, Özbəkistan və Saxa Respublikasından 45 atlet mübarizə aparıb.

60 metr məsafəyə qaçışda kişilərin mübarizəsində Həmid Nəbiyev, qadınların yarışında isə Lamiyə Vəliyeva qalib olub.

Üçtəkanla tullanmada Rüstəm Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Uzunluğa tullanmada isə Kəsgin Abbaszadə bütün rəqiblərini qabaqlayıb. Həmçinin U-18 yaş kateqoriyasında müxtəlif növlərdə və yakut tullanmaları üzrə qaliblər müəyyənləşib.


60 m

Oğlanlar (U-18)

1. Ümüd Xudaverdiyev

2. Tuncay Hümbətov

3. Məhəmməd Əlizadə


Kişilər

1. Həmid Nəbiyev

2. Elcan Cəfərov

3. Nuran Məmmədəliyev


Qızlar (U-18)

1. Safiya Kərimova

2. Kristina Morduxayeva

3. Məryəm Xudayeva


Qadınlar

1 Lamiya Vəliyeva

2. Aleksandra Zalyubovskaya

3. İlahə Quliyeva


Uzunluğa tullanma

Kişilər

1. Kəsgin Abbaszadə

2. Cabir Əliyev

3. Qleb Qladilov


Oğlanlar (U-18)

1. Kənan Bayramov

2. Lev Baraşkov

3. Əmir İsmayılov


Qadınlar

Yekaterina Avdeyenko


Qızlar (U-18)

1. Polina Kuzubova

2. Marqarita Tumakova

3. Mələk Hüseynova


Üçkəkanla tullanma

Kişilər

1. Rüstəm Məmmədov

2. İvan Denisov

3. Nurgun Sokolnikov