Boksçumuz dünya çempionatında döyüşmədən 1/4 finala çıxdı

Qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvü Anaxanım İsmayılova Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
"Mediasport" xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan təmsilçimizin rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina edib.
Bu gün daha iki idmançımız mübarizə aparacaq.