Azərbaycanın daha 3 hakiminin beynəlxalq dərəcəsi 3 ulduz oldu

Azərbaycanın daha 3 hakiminin beynəlxalq dərəcəsi 3 ulduz oldu

Boks üzrə Azərbaycan referləri Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.

"Mediasport" xəbər verir ki, ədalət təmsilçilərimizin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.

Bu nailiyyətə Rövşən Qədirovla Qalib Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, Anar Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb.

İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.

Bununla da ölkəmizdə 3 ulduzlu hakimlərin sayı 6-yə yüksəlib. Daha öncə Emil Qurbanəliyev, Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.