Bölgə klubunun bu qış etdiyi transferlərin sayı 10-a çatdı
1-ci liqa təmsilçisi "Mingəçevir" heyətinə daha bir oyunçu cəlb edib.
"Mediasport" xəbər verir ki, bölgə klubu "Şəfa"dan ayrılan Amil Yunanovla anlaşıb.
Hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
33 yaşlı forvard daha əvvəl "Kəpəz", "Şamaxı", "Turan Tovuz", "Sumqayıt" və "Səbail"də də forma geyinib.
Xatırladaq ki, "Mingəçevir" onadək Nika Çaçaşvili, Əmrah Məmmədli, Qabil Əlizadə, Bahadur Həziyev, Elçin Mustafayev, Əkbər Eyyubov, Şahmar Aşurov, Nurlan Novruzov və Fuad Bayramovu da sıralarına qatıb.
