Bolqarıstanda keçiriləcək AÇ-də Azərbaycanın 10 idmançısı yarışacaq

 Bolqarıstanda keçiriləcək AÇ-də Azərbaycanın 10 idmançısı yarışacaq

Azərbaycanın kamandan oxatma üzrə milli komandasının üzvləri Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, qapalı məkanda baş tutacaq qitə birinciliyində ölkəmiz 10 idmançı ilə təmsil olunacaq.

Komandamızın heyətində Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov komanda və qarışıq növlərdə mübarizə aparacaqlar.

Avropa çempionatı fevralın 16-21-də keçiriləcək.