"Bu gün elə hisslər keçirirəm ki, mümkündürsə, sual verməyəsiniz"
"Neftçi" azarkeşlərini təbrik edirəm. Bizim üçün çox önəmli qələbə idi. Eyni zamanda bundan əvvəlki uduzduğumuz oyuna görə də onlardan üzr istəyirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.
Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Qarabağ"la oyun haqda açıqlama verib, 2:1 hesablı qələbəni şərh edib:
"Neftçi" elə komandadır ki, eyni səviyyədə oynamalı, pressinq etməli idi. Necə oynadığını gördünüz və 1:5 uduzmuşduq. Bu oyundan nəticələr çıxardıq. Ona görə də bu gün pis oyun olmadı.
Sizdən bir xahişim var, bu gün elə hisslər keçirirəm ki, mümkündürsə, suallar verməyəsiniz. Fərqli hisslər keçirirəm.
Qarşıda 4 oyun var, nə qədər istəsəniz, cavab verəcəm. Oyundan uzaqlaşmaq istəyirəm.
Ümidvaram ki, anlayışla qarşılayarsınız. Bu, heç də sizə hörmətsizlik deyil, hamınıza böyük hörmətlə yanaşıram.
Çox sevinirəm ki, daim gözəl suallar verirsiniz, mən də səmimi cavablayıram.
Bu oyun məni o qədər emosional yordu, suyumu çıxardı, ona görə də bu dəfə olmasa yaxşı olar. Hamınıza böyük hörmətlə yanaşıram inanın".
