"Azərbaycan derbisi"nin biletləri 2 manatdan satışa çıxarıldı

"Azərbaycan derbisi"nin biletləri 2 manatdan satışa çıxarıldı

Aprelin 30-da baş tutacaq Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, bundan əvvəl “Qarabağ”la hər iki oyuna (26 və 30 aprel) bilet əldə etmiş (“bundle”) azarkeşlərin bu qarşılaşmaya girişi sərbəst olacaq.

“Palms Sports Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək.