35-ci tur: “Qarabağ” - “Kəpəz” oyununun biletləri satışa çıxarıldı

35-ci tur: “Qarabağ” - “Kəpəz” oyununun biletləri satışa çıxarıldı

Premyer Liqanın 35-ci turunda keçiriləcək “Qarabağ” - “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, 3 manatdan başlanan bilet qiymətləri sektorlara uyğun dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Azarkeşlər biletləri iTicket.az-dan onlayn, iTicket.az-ın “28 və Gənclik Mall”da yerləşən məntəqələrindən, həmçinin oyun günü “Azərsun Arena”nın kassasından əldə edə bilərlər.

Mayın 18-də keçiriləcək matç saat 19:00-da start götürəcək.

Qeyd edək ki, qarşılaşma bitdikdən sonra “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim ediləcək.