DÇ-2026-da növbəti rekord

DÇ-2026-da növbəti rekord

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi sayca 23-cü Dünya Kubokunda rekord qeydə alınıb.

"Mediasport" xəbər verir ki, bu turnir dünya çempionatları tarixində indiyə qədər ən çox izləyici kütləsinə sahib yarış olub (3 milyon 884 min 204 izləyici).

Nəzərə alaq ki, yarış davam edir. Lakin tarixdə ilk dəfə 48 ölkənin iştirak etdiyi də unudulmamalıdır.

Beləliklə, DÇ-1994-də ABŞ-də baş tutan turnirdə qeydə alınan rekord (3 milyon 587 min 538 izləyici) yenilənib.

Ən çox izləyicinin qeydə alındığı dünya çempionatları

1. DÇ-2026 (3 milyon 884 min 204 izləyici)

2. DÇ-1994 (3 milyon 587 min 538 izləyici)

3. DÇ-2014 (3 milyon 436 min 539 izləyici)

4. DÇ-2022 (3 milyon 404 min 983 izləyici)

5. DÇ-2006 (3 milyon 337 min 165 izləyici)

6. DÇ-2010 (3 milyon 178 min 758 izləyici)

7. DÇ-2018 (3 milyon 035 min 137 izləyici)

8. DÇ-1998 (2 milyon 540 min 262 izləyici)

9. DÇ-2002 (2 milyon 286 min 714 izləyici)

10. DÇ-1986 (2 milyon 270 min 818 izləyici)