Fransa yığması DÇ-də 1/8 finala çıxdı - Mbappe Messiyə şərik oldu
Futbol üzrə 23-cü dünya çempionatında daha bir milli komanda 1/8 finala yüksəlib.
"Mediasport" xəbər verir ki, əsas favoritlərdən Fransa yığması, gözlənildiyi kimi, pley-offda İsveç futbolçularını məğlub edib - 3:0.
Matçda dubl edən Kilian Mbappe cari Dünya Kubokunda Lionel Messinin bombardirliyinə (6 qol) şərik olub.
Xatırladaq ki, daha əvvəl mundialda Norveç, Kanada, Braziliya, Paraqvay və Mərakeş yığmaları 1/8 finala adlayıblar.
Tarixdə ilk dəfə üç ölkə - ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən yarış iyulun 19-dək davam edəcək.


