Azərbaycan millisi Avropa Kubokunda birinci yeri tutdu
Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yekunlaşıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisi son gündə daha 5 medal qazanıb.
Cüdoçularımız aktivlərinə 2 gümüş və 3 bürünc mükafat yazdırıblar.
Sadiq Məmmədov (73 kq) və Ayxan Həsənli (81 kq) ikinci, Yusuf Nəzər (73 kq), Yaqub Məmmədov (81 kq) və Nurəddin Əliyev (90 kq) isə üçüncü olublar.
Xatırladaq ki, komandamızın heyətində daha əvvəl İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) qızıl, İlkin Qarayev (66 kq) və Zəhra Quliyeva (40 kq) gümüş, Nihad Ağayev (50 kq), Rza Xəlilli (55 kq), Mehman Əsgərov (60 kq) və Pərvin Sevxanlı (44 kq) bürünc mükafat əldə etmişdilər.
Millimiz 13 medalla (2 qızıl, 4 gümüş, 7 bürünc) komanda hesabında birinci yeri tutub.


