"Zirə" rəsmisi imtahanda yüksək bal toplayan oyunçu ilə görüşdü

Bu il qəbul imtahanlarında yüksək bal toplayanlar arasında “Zirə”nin U-19 komandasının üzvü Əbülhəsən Məmmədov da var.
"Mediasport" xəbər verir ki, bu münasibətlə qəsəbə təmsilçisinin İdarə Heyətinin sədri Orxan Məmmədov oyunçu ilə görüşüb.
Həmçinin, görüşdə futbolçunun qəbul olduğu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da olub.
Xatırladaq ki, Əbülhəsən qəbul imtahanında 696 bal toplayıb.