Azərbaycan ilk dəfə Avopra çempionatında təmsil olunacaq
Azərbaycanın fiqurlu konkisürmə tarixində ilk dəfə olaraq idmançımız Avropa çempionatında iştirak edəcək.
"Mediasport" xəbər verir ki, 27-30 noyabrda İstanbulda keçirilən “Bosphorus Cup” adlı yarışda qısa və sərbəst proqram üzrə çıxış edən təmsilçimiz Nərgiz Süleymanova 26 idmançı arasında 156.53 xal toplayaraq qızıl medal qazanıb.
Bununla da Süleymanova Avropa çempionatına vəsiqəni təmin edib.
Digər idmançımız Səbinə Əliyeva öz rəqibləri arasında 137.22 xal toplayaraq 6-cı yerə, yeniyetmə konkisürən Arina Kaluqina isə 154.85 xalla 5-ci yerə sahib olub.
