Elvin Cəfərquliyev tarixə düşdü

Elvin Cəfərquliyev tarixə düşdü

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”a uduzan (1:6) "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan futbolu tarixinə düşüb.

"Mediasport" xəbər verir ki, Ağdam klubunun müdafiəçisi buna qol vurmaqla nail olub.

O, ölkə futbolu tarixində avrokubokların pley-off mərhələsində qol vuran ilk, həm də yerli oyunçu statusunu qazanıb.

Xatırladaq ki, komandalar arasında cavab görüşü fevralın 25-də İngiltərədə baş tutacaq.