"Formula 1": 20 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI

Sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar bəzi mərkəzi küçələrdə məhdudiyyətlər tətbiq ediləcək.
"Mediasport" xəbər verir ki, sentyabrın 15-dən 2 müntəzəm marşrutun fəaliyyəti də müvəqqəti olaraq dayandırılacaq.
Həmçinin 20 marşrutun hərəkət sxemi dəyişdiriləcək.
Marşrutlar üzrə dəyişikliklər:
1 nömrəli marşrut (istiqamət: “Neftçilər” m/st) – 28 May küçəsi → Dilarə Əliyeva küçəsi → Kövkəb Səfərəliyeva küçəsi → Neftçilər prospekti → Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə.
46 nömrəli marşrut (istiqamət: “Əhmədli” m/st) – 28 May küçəsi → Dilarə Əliyeva küçəsi → Kövkəb Səfərəliyeva küçəsi → Neftçilər prospekti → Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə.
H1 nömrəli marşrut (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) – 28 May küçəsi → Dilarə Əliyeva küçəsi → Kövkəb Səfərəliyeva küçəsi → Neftçilər prospekti → Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə.
2 nömrəli marşrut (istiqamət: “Dərnəgül” m/st) – Dilarə Əliyeva küçəsi → Kövkəb Səfərəliyeva küçəsi → Neftçilər prospekti → Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə.
4 nömrəli marşrut (istiqamət: “Xətai” m/st) – Azadlıq prospekti → Dilarə Əliyeva küçəsi → Kövkəb Səfərəliyeva küçəsi → Neftçilər prospekti → Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə.
5 nömrəli marşrut – iki istiqamət üzrə:
• “Nəriman Nərimanov” m/st → Süleyman Rəhimov küçəsi;
• Salyan şosesi → Bibiheybət məscidi → Bakı Funikulyoru (Bəhram Gur heykəli).
6 nömrəli marşrut – iki istiqamət üzrə:
• “Azadlıq prospekti” m/st → Axundov bağı
• 20-ci Sahə → Bəhram Gur heykəli.
10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: “İçərişəhər” m/st) – Şeyx Şamil küçəsi → Lermontov küçəsi → Bünyad Sərdarov küçəsi (son dayanacaq).
20, 88A və 120E nömrəli marşrutlar – Kövkəb Səfərəliyeva küçəsi ilə hərəkət edəcək, əks istiqamətdə isə Xocalı prospekti → Yusif Səfərov küçəsi → 28 May küçəsi ilə hərəkət edəcək.
61 nömrəli marşrut (istiqamət: Mərkəzi Bank) – Səməd Vurğun küçəsi → Şəmsi Bədəlbəyli küçəsi → Rəşid Behbudov küçəsi (son dayanacaq).
65 nömrəli marşrut (istiqamət: “İçərişəhər” m/st) – Murtuza Muxtarov küçəsi → Əhməd Cavad küçəsi → Azərbaycan prospekti (son dayanacaq).
88 nömrəli marşrut (istiqamət: “28 May” m/st) – Azadlıq prospekti → Füzuli küçəsi (son dayanacaq).
125 nömrəli marşrut (istiqamət: “28 May” m/st) – Lökbatan dairəsi → Bakı Dairəvi yol → Mikayıl Müşfiq küçəsi → Badamdar dairəsi → Mikayıl Müşfiq küçəsi → Abdulla Şaiq küçəsi → Mirzəağa Əliyev küçəsi → Şəmsi Bədəlbəyli küçəsi → Süleyman Rüstəm küçəsi (son dayanacaq: “28 May” NMM).
149 nömrəli marşrut – Sahil qəsəbəsi → “Binə” ticarət mərkəzi (“Lökbatan” NMM).
72 və E1 marşrutlarının fəaliyyəti müvəqqəti dayandırılacaq.