III MDB Oyunlarında 23 idman növündə 246 medal dəsti olacaq

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 23 idman növü üzrə 246 medal dəsti uğrunda mübarizə baş tutacaq.
"Mediasport" xəbər verir ki, ən çox medal dəsti (40) üzgüçülük üzrə olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyənləşəcək.
Yarışlar 12 idman məkanında keçiriləcək.
Qeyd edəl ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.
Ümumilikdə oyunlarda MDB-yə üzv və dəvət edilmiş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.