İlkay Gündoğan "Qalatasaray"da

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan "Qalatasaray"a transfer olunub.
"Mediasport" xəbər verir ki, İstanbul klubu 34 yaşlı almaniyalı ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
İlkay yeni komandasında ildə 4,5 milyon avro maaş alacaq.
Gündoğan Mançester təmsilçisinin heyətində 2016-2023 və 2024-2025-ci illərdə çıxış edib.
O, ümumilikdə 14 kubok qazanıb. Bu titulların arasında 5 Premyer Liqa titulu və Çempionlar Liqası da var.
İlkay "şəhərlilər"in heyətində bütün turnirlər daxil olmaqla, 358 oyun keçirib və 65 qol vurub.