"İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq” - Rəşad Sadıqov

"İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq” - Rəşad Sadıqov

“Püşk bizə “Hayduk” komandasını rəqib elədi. Düşünürəm, azarkeşləri iki gərgin və maraqlı oyun gözləyir".

"Mediasport" xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səsləndirib.

Mütəxəssis UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib:

"İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. İnşallah, inanıram ki, mərhələni keçən tərəf biz olacağıq”.

Qeyd edək ki, raundun ilk görüşü iyulun 24-də, cavab matçı bir həftə sonra keçiriləcək.