"İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir" - Fərid Qayıbov

"İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir" - Fərid Qayıbov

"Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir".

"Mediasport" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Suqovuşanda təşkil olunan yarışdan öncə çıxış edən nazir bütün iştirakçılara uğurlar arzulayıb:

"Hər kəsi böyük idman bayramı münasibəti ilə təbrik edirəm. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir.

Bu gün mübarizə Suqovuşanda davam edəcək. İnanıram ki, ən güclü qalib gələcək".

Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunmuş "Prezident Kuboku"na Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı qatılıb.

Son 2 mərhələsi Mingəçevirdə baş tutacaq yarış mayın 1-də yekunlaşacaq.