Azərbaycan avarçəkənləri III MDB Oyunlarını 4 medalla başa vurdular

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında avarçəkmə yarışlarına yekun vurulub.
"Mediasport" xəbər verir ki, Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində iki gün davam edən yarışlarda komandamız 4 medal qazanıb.
Əlimurad Hacızadə gümüş, Amil Ramazanov iki bürünc mükafat əldə edib.
Yığmamızın heyətində İvan Vorobyanski və Hüseyn Həsənovdan ibarət duet isə üçüncü yeri tutub.