İTV-nin mundial üçün "start 11-liyi"

İTV-nin mundial üçün "start 11-liyi"

Bu ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının startına sayılı günlər qalıb.

"Mediasport" xəbər verir ki, dördilliyin zirvə yarışının Azərbaycanda rəsmi yayım hüququna sahib olan "İctimai" televiziya "YouTube" kanalı vasitəsilə matçları şərh edəcək təcrübəli simalar barədə paylaşım edib.

Kanalın əməkdaşları ilə yanaşı, "CBC Sport" telekanalının şərhçiləri də İTV-nin start "11-liyi"ndə iş başında olacaq.

Mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.