"Kəpəz" Zirədə darmadağın edildi, "Qəbələ" "Araz-Naxçıvan"a uduzdu

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
2 turdan sonra xal və qələbə qazana bilməyən "Kəpəz" "Zirə" səfərində darmadağına məruz qalıb.
"Araz-Naxçıvan" isə "Qəbələ"yə qalib gəlib.
Turun ilk oyun günündə "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib (1:1), "Neftçi" "Turan Tovuz"a uduzub (0:1).
Azərbaycan Premyer Liqası. 3-cü tur
"Zirə" - "Kəpəz" 5:0
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu.
"Araz-Naxçıvan" - "Qəbələ" 2:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
"Liv Bona Dea Arena".