"Kəpəz"dən yeni transfer - RƏSMİ
Mövsümün ikinci hissəsinə hazırlaşan "Kəpəz" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, Gəncə klubu Rəhman Hacıyevlə müqavilə bağlayıb.
"Səbail"dən ayrılan 32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, "sarı-göylər" onadək Veysəl Rzayev və Mate Abuladze ilə gücləniblər.
