Lamiyədən Azərbaycan rekordu

Lamiyədən Azərbaycan rekordu

Lamiyə Vəliyeva atletika üzrə Azərbaycan rekorduna imza atıb.

"Mediasport" xəbər verir ki, idmançı 42-ci ölkə çempionatında (qapalı məkanda) 200 metr məsafəyə qaçışda nail olub.

İkiqat Paralimpiya və dördqat dünya çempionu 24,64 saniyə nəticə göstərib.